Bank Of Baku

Tələbələrin XVI Respublika Fənn Olimpiadası başlayıb

Tələbələrin XVI Respublika Fənn Olimpiadası başlayıb
# 13 aprel 2011 13:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyi ali təhsil müəssisələrində istedad potensialının müəyyənləşdirilməsi məqsədilə Tələbələrin XVI Respublika Fənn Olimpiadasının keçirilməsinə başlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, Olimpiadanın I turu aprelin 30-dək ali təhsil müəssisələrində, II turu isə mayda Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.

Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dili fənlərini əhatə edir. Qaliblər Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR