Bank Of Baku

Azərbaycanın folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə etmək istəyən xarici vətəndaşlar qadağalarla üzləşəcək

Azərbaycanın folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə etmək istəyən xarici vətəndaşlar qadağalarla üzləşəcək
# 13 aprel 2011 14:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə etmək istəyən xarici ölkələrin fiziki və hüquqi şəxsləri ciddi qadağalarla üzləşəcək. Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin (MHA) əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib. O deyib ki, folklor nümunələrinin daha etibarlı qorunmasını təmin etmək üçün “Folklor nümunələrinin qorunması haqqında” qanuna bir sıra dəyişikliklər ediləcək: “MDB məkanında “Folklor nümunələrinin qorunması haqqında” qanun yalnız Azərbaycanda var. Folklor nümunələrindən istifadə onların mahiyyətini, məzmununu dəyişməmək şərti ilə sərbəstdir. Qanuna ediləcək əlavələrin mahiyyəti bundan ibarətdir ki, Azərbaycan folkloru nümunələrindən xarici ölkələrin fiziki və hüquqi şəxsləri kommersiya məqsədi ilə istifadə edərlərsə, bununla bağlı müvafiq icra hakimiyyəti orqanından, yəni Müəllif Hüquqları Agentliyindən icazə alınmalı və müəyyən miqdarda haqq ödənilməlidir”.
X. Həsənlinin sözlərinə görə, folklor nümunələrindən istifadəyə görə haqqın məbləği, icazənin qaydaları ilə bağlı MHA-nın təklifləri hazırda müzakirə olunur: “Qanuna ediləcək dəyişikliklərlə bağlı bütün lazımi dövlət orqanlarının rəyləri alınıb, razılaşdırılıb və Nazirlər Kabineti tərəfindən Prezident Administrasiyasına göndərilib. Əsas məqsəd folklorun hüquqi qorunmasını təmin etmək, başqaları tərəfindən mənimsənilməsinin, oğurlanmasının qarşısını almaqdır. Həmin haqq folklorun qorunub saxlanılmasına və zənginləşdirilməsinə sərf olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR