Bank Of Baku

“Müəlliflərin və əlaqəli hüquqların əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların akkreditasiya qaydaları” hazırlanıb

“Müəlliflərin və əlaqəli hüquqların əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların akkreditasiya qaydaları” hazırlanıb
# 13 aprel 2011 14:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Müəllif Hüquqları Agentliyi (MHA) “Müəlliflərin və əlaqəli hüquqların əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların akkreditasiya qaydaları”nı hazırlayıb. Bu barədə APA-ya agentliyin əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib. X. Həsənli müəlliflərin, ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının qonorarla bağlı hüquqlarını təmin etmək üçün bu akkreditasiyanın keçirilməsinin zəruri olduğunu deyib. Qaydalar artıq hökumətə təqdim olunub və hazırda Azərbaycan Nazirlər Kabinetində baxılma mərhələsindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR