Bank Of Baku

Əllə toxunan xalçalar müəlliflik hüququnun obyekti kimi qorunacaq

Əllə toxunan xalçalar müəlliflik hüququnun obyekti kimi qorunacaq
# 13 aprel 2011 15:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” qanuna Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “İnternetdə müəllif hüquqlarına dair” və “İfalar və fonoqramlara dair” müqavilələri nəzərə alınmaqla bir sıra dəyişikliklər edilib. Müəllif Hüquqları Agentliyinin (MHA) əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli APA-ya bildirib ki, əsas məqsəd qanunvericilikdə internet hüquqlarının təsbit edilməsidir: “İndiyədək əsərlərdən və ifalardan internetdə istifadəni tənzimləyən hüquqi norma yox idi və bu həm ifaçıların, həm də müəlliflərinin hüquqlarının müdafiəsi sahəsində müəyyən problemlər yaradırdı. Bu dəyişiklərdən sonra həmin boşluq aradan qaldırılıb”. X. Həsənli deyib ki, qanunvericiliyə edilən digər dəyişikliyə əsasən, bundan sonra əllə toxunan xalçalar müəlliflik hüququnun obyekti kimi qorunacaq: “Xalçaların qorunması “Xalçaçılıq haqqında” və “Folklor nümunələrinin hüquqi qorunması haqqında” qanunlarla tənzimlənir. Amma əllə toxunan xalçaların müəllifi olduğundan onlar artıq müəlliflik hüququnun obyekti hesab olunacaqlar”.
MHA təmsilçisinin sözlərinə görə, qanunvericilikdə edilən dəyişikliyə əsasən, ictimai varidat sayılan əsərlərin dairəsi genişləndirilib: “Folklor nümunələri də ictimai varidat sayılır. Bu artıq qanunla təsbit edilib. İndiyə qədər ölkə ərazisində qorunmayan əsərlər də ictimai varidat hesab olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR