Bank Of Baku

Fariz Bədəlovun erməni əsgərləri tərəfindən qətlə yetirilməsinin 40-cı günü ilə əlaqədar tədbir keçirilib

Fariz Bədəlovun erməni əsgərləri tərəfindən qətlə yetirilməsinin 40-cı günü ilə əlaqədar tədbir keçirilib
# 14 aprel 2011 08:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, “Qadın və uşaqların problemlərinin araşdırılması” İctimai Birliyi, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə Fariz Bədəlovun erməni əsgərləri tərəfindən qətlə yetirilməsinin 40-cı günüylə əlaqədar anım tədbiri keçirilib. APA-nın məlumatına görə, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib ki, Ermənistan azərbaycanlılara qarşı məqsədli şəkildə soyqırım siyasəti həyata keçirir, 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi də bu silsilədəndir. Ermənistanı terrorçu, təcavüzkar dövlət adlandıran V. Qədirov F. Bədəlovun təhsil aldığı Ağdamın Aşağı Qərvənd kənd orta məktəbinə onun adının verilməsini təklif edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Fuad Muradov, “Qadın və uşaqların problemlərinin araşdırılması” İctimai Birliyinin sədri Kəmalə Əliyeva, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyinin sədri Arzu Qədirova, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Milli QHT Forumunun prezidenti Rauf Zeyni Fariz Bədəlovun ölümünün müharibə qanunlarına, insanlığa sığmayan bəşəri bir cinayət olduğunu vurğulayıblar.

F. Bədəlovun anası Şirinnar Bədəlova dünya analarına müraciət edərək bu faciəyə biganə qalmamağa, erməni vəhşiliyinə göz yumamağa çağırıb.

Tədbirin sonunda dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR