Bank Of Baku

DAK Gənclər Təşkilatı “Şəhidlik zirvəsi” adlı tədbir keçirib

DAK Gənclər Təşkilatı “Şəhidlik zirvəsi” adlı tədbir keçirib
# 14 aprel 2011 10:32 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatı “Şəhidlik zirvəsi” adlı tədbir keçirib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan təşkilatın sədri Seymur Həsənli şəhidlərin rəsmi şəkildə dəfn olunmasının vacibliyindən danışıb: “İyirmi faiz torpaqlarımız işğal altındandır. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Şəhid anasına məzar yerinin pul ilə satılması utandırıcı bir hadisədir. Bu cür hallara son qoyulmalıdır. Şəhidlərin dəfn olunması dövlət tərəfindən, yerli icra orqanları tərəfindən təşkil olunmalıdır”.

Tədbirdə çıxış edən DAK-ın Orta Asiya üzrə təmsilçisi Yəhya Əliyev isə şəhidlərin dəfn mərasimin dövlət tərəfindən təşkil edilməsi üçün bəzi təkliflər verib: “Mübariz İbrahimov bütün türk dünyasının qəhrəmanı kimi tanınmalıdır. Azərbaycanın hüquq-mühafizə orqanlarında, Müdafiə Nazirliyində şəhidlərin dəfn mərasimini təşkil edən şöbə yaradılmalıdır. Bu təcrübədən bir çox ölkələrin ordularında istifadə olunur. Hər bir hərbi hissədə ruhani xadim olan şöbə olmalıdır və şəhidin dəfn mərasiminin bütün xərclərini üzərinə götürməlidir. Şəhidin ailəsi borc edib ona ehsan verməməlidir. Biz bütün bu neqativ halların qarşısının alınması üçün təkliflər veririk. Azərbaycan ordusu çox peşəkar ordudur. Dövlət bu cür halların qarşısını almalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR