Bank Of Baku

Qəbul imtahanlarında iştirak edəcək nəzarətçilərlə seminar-məşğələlər başa çatıb

Qəbul imtahanlarında iştirak edəcək nəzarətçilərlə seminar-məşğələlər başa çatıb
# 14 aprel 2011 11:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 8-dən aprelin 13-dək respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında nəzarətçi qismində iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, seminarlar Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Göyçay, Mingəçevir, Şəki, Quba, Naxçıvan, Qusar, Ağstafa, Yevlax, Qax, Oğuz, Bərdə, Ağcabədi, Ağdaş, Cəlilabad, Masallı və Salyan şəhərlərində təşkil olunub. Seminarlarda zal nəzarətçiləri bazasına daxil olan 8000-dək müəllim və təhsil işçisi iştirak edib. Onlardan 1000 nəfəri nəzarətçilər bazasına bu il daxil edilib. Seminarlarda imtahan prosesinin idarə olunmasında zal nəzarətçisinin üzərinə düşən vəzifələr, təlimati qaydalar, sənədlərlə iş və imtahanın texnologiyası ətraflı izah olunub. Seminarlarda iştirak edən müəllimlər, xüsusilə ilk dəfə cəlb olunanlar aprelin 3-dən TQDK tərəfindən keçirilən sınaq imtahanlarına nəzarətçi kimi cəlb olunurlar. Onların bu imtahanlarda fəaliyyətləri TQDK-nın əməkdaşları və imtahan rəhbərləri tərəfindən qiymətləndiriləcək, nəzarətçinin qəbul imtahanlarına hazır olub-olmaması barədə rəy veriləcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR