Bank Of Baku

“Azərbaycanda müəllif hüquqları və əlaqəli hüquqların həyata keçirilməsi sahəsində potensialların artırılması” üzrə Tvininq Layihəsi ilin sonuna kimi icra olunmağa başlayacaq

“Azərbaycanda müəllif hüquqları və əlaqəli hüquqların həyata keçirilməsi sahəsində potensialların artırılması” üzrə Tvininq Layihəsi ilin sonuna kimi icra olunmağa başlayacaq
# 14 aprel 2011 11:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda müəllif hüquqları və əlaqəli hüquqların həyata keçirilməsi sahəsində potensialların artırılması” üzrə Tvininq Layihəsi bu ilin sonuna kimi icra olunmağa başlayacaq. Müəllif Hüquqları Agentliyinin (MHA) əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənlinin APA-ya verdiyi məlumata görə, Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən, Avropa Komissiyasının maliyyələşdirdiyi layihənin başlıca məqsədi əqli mülkiyyət hüquqları ilə qorunan məhsulların istifadəsi zamanı müəlliflik hüququ və əlaqəli hüquqların pozulması hallarının qarşısının alınması, piratçılıqla mübarizənin gücləndirilməsi, həmçinin rəqəmli şəbəkələrdə hüquqların qorunması və idarə edilməsi sisteminin yaradılmasına kömək göstərilməsidir. Layihə çərçivəsində MHA-nın və hüquq-mühafizə orqanlarının əməkdaşlarının əqli mülkiyyət sahəsində ixtisaslarının artırılması, dünyanın ən qabaqcıl təcrübələrinin ölkədə tətbiq olunması üçün təcrübə mübadiləsinin aparılması və agentliyin nəzdində fəaliyyətə başlayacaq “Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzi”nin və “Online” monitorinq, lisenziyalaşdırma və hüquqların idarəçiliyi sisteminin işinə texniki yardımın göstərilməsi də nəzərdə tutulur. X. Həsənli deyib ki, iki il müddətində icra olunacaq layihə ölkədə piratçılığın səviyyəsini aşağı salmağa kömək edəcək.
Qeyd edək ki, layihənin həyata keçirilməsinə hazırlıq işləri bir ilə yaxındır ki, davam edir. Ötən ilin dekabrında layihənin həyata keçirilməsi üzrə Bakıda keçirilmiş tenderdə Yunanıstanın EPLO Avropa Ümumi Hüquq Təşkilatı, Almaniyanın Beynəlxalq Hüquqi Əməkdaşlıq Fondu və İspaniyanın İnzibati və Dövlət Siyasəti Beynəlxalq Fondu qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR