Bank Of Baku

Bu ilin sonunadək Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycanda sterilizasiya məqsədilə avadanlıqların alınması üçün tender elan edəcək

Bu ilin sonunadək Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycanda sterilizasiya məqsədilə avadanlıqların alınması üçün tender elan edəcək
# 14 aprel 2011 11:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) 6 layihə həyata keçirir. Hələlik onların heç birinin icrasında problem yoxdur”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. Onun sözlərinə görə, AEBA və AMEA hazırda sterilizasiya məqsədilə qamma kompleksinin qurulması layihəsini həyata keçirir.
A.Qəribov qamma kompleksinin qurulması ilə bağlı işlərin hazırda normal getdiyini söyləyib: “Artıq bunun üçün yer ayrılıb. İnvestisiya Proqramı çərçivəsində hazırda orada işlər aparılır. Sahənin kənarı hasarlanır, kommunikasiya xətləri çəkilir. Güman edirəm ki, ilin sonunadək ofis binalarının layihələrini yekunlaşdıracağıq. Gələn il isə artıq ofis binasının tikintisi aparılacaq. İlin sonunadək bizim bu işlərlə yanaşı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik həmin avadanlıqların alınması üçün tender elan edəcək. Yəqin ki, ilin sonunadək Azərbaycana hansı avadanlığın gələcəyi məlum olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR