Bank Of Baku

Bu ilin sonunadək Radiasiya Problemləri İnstitutu tədqiqat-nüvə reaktorunun əsaslandırılması layihəsi ilə bağlı hesabatını açıqlayacaq

Bu ilin sonunadək Radiasiya Problemləri İnstitutu tədqiqat-nüvə reaktorunun əsaslandırılması layihəsi ilə bağlı hesabatını açıqlayacaq
# 14 aprel 2011 12:03 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov verib. Onun sözlərinə görə, bu layihə 2011-ci ildə yekunlaşır. Ona görə də güman edirəm ki, ilin sonunadək bununla bağlı hesabat verəcəyik. Həmin hesabat əsasında artıq dövlət qurumları qərar verəcəklər ki, bu, lazımdır, ya yox. Hələlik söhbət tədqiqat nüvə reaktorunun qurulmasından deyil, onun əsaslandırılmasından gedir”.

A. Qəribov deyib ki, tədqiqat-nüvə reaktorunun yaradılmasının əsaslandırılması layihəsi üzrə Azərbaycanın 10-a yaxın mütəxəssisi müxtəlif ölkələrdə tədris kursları keçiblər. İlk layihə üzrə 7 mütəxəssis var. Yaxın günlərdən daha 3 mütəxəssisin xaricə ölkəyə tədris kursuna gedəcəyi gözlənilir. Həmin mütəxəssislər qurğunun idarə olunması üzrə işləyəcəklər.

A. Qəribov onu da əlavə edib ki, AEBA-nın Azərbaycan üzrə nümayəndəsi Andrey Çupov da bu layihələrin gedişi ilə maraqlanıb: “Azərbaycana yeni diaqnostika və müalicə üsullarının gətirilməsi məqsədilə Andrey Çupovun Respublika Onkoloji Mərkəzi, onun filiallarında görüşləri olub. Dünən Gəncədə olub və yeni şüa mərkəzinin yaradılması, onlara avadanlıqların verilməsi məsələsini müzakirə edib. Bu gün isə onun AMEA-da görüşü olacaq. Görüş zamanı biz gələcək perspektivləri müzakirə edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR