Bank Of Baku

Sofiya Universitetinin mütəxəssisləri Bakı Slavyan Universitetində mühazirələr oxuyublar – FOTO

Sofiya Universitetinin mütəxəssisləri Bakı Slavyan Universitetində mühazirələr oxuyublar – <font color=red>FOTO </font>
# 14 aprel 2011 13:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Tarix fakültəsinin bir qrup mütəxəssisi Bakı Slavyan Universitetində (BSU) olublar. BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti Sofiya Universitetinin Tarix fakültəsinin dekan müavini, Bolqarıstan tarixi kafedrasının dosenti Todor Popnedelev və Sofiya Universitetinin “Avropa dialoqu” Doktorant və Postdoktorant Tədqiqatları İnstitutunun direktoru, Yeni və müasir tarix kafedrasının dosenti Kostadin Qrozevdən ibarətdir. Görüş çərçivəsində qonaqlar BSU-da fəaliyyət göstərən mədəniyyət mərkəzləri ilə tanış olub, Bolqar dili və Mədəniyyəti Mərkəzində bolqarşünas tələbələrlə görüşüb, BSU-nun tələbə və magistrantlarına “1989-cu ildən sonra Bolqarıstanın tarixşünaslığı: problemləri və perspektivləri”, “Bolqarıstan Balkanlarda və dünyada – transatlantik təhlükəsizlik və Avropa inteqrasiyası yolunda” mövzusunda mühazirələr oxuyublar.

Bu gün isə BSU-da “Bolqarıstan dövləti və bolqarlar qədim dövrdən bu günə kimi” mövzusunda sərginin açılışı baş tutub. Sərginin açılışında BSU-nun tələbə və müəllimləri ilə yanaşı Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov da iştirak edib. BSU rektoru Kamal Abdulla, qonaqlara təşəkkürünü bildirib və bu cür əlaqələrin qurulmasını vacib qiymətləndirib.

Aprelin 16-dək davam edəcək səfər çərçivəsində bolqarıstanlı qonaqlar BSU-nun müəllim heyəti ilə görüşəcək, “Milli və ümumi Avropa təhsil sistemi: ümumi cəhətlər və xüsusiyyətlər” mövzusunda dəyirmi masa keçəcək, bolqarşünas tələbələrə isə “Milli, regional və ümumi tarix: xronologiya, metodologiya və mənbələrlə iş problemi” mövzusunda mühazirə oxuyacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR