Bank Of Baku

“Xaricdə Təhsil Alan və Məzun olmuş Forum”un sədri ABŞ səfirliyinin əməkdaşı ilə görüşüb

“Xaricdə Təhsil Alan və Məzun olmuş Forum”un sədri ABŞ səfirliyinin əməkdaşı ilə görüşüb
# 14 aprel 2011 14:29 (UTC +04:00)
Bakı-APA. “Xaricdə Təhsil Alan və Məzun olmuş Forum”un (ASAİF) sədri Orxan Əkbərov təşkilatın yeni ofisində ABŞ səfirliyinin təşəbbüsü ilə səfirin siyasi məsələlər üzrə müşaviri Ceyni Smiti qəbul edib. ASAİF-dən APA-ya verilən məlumata görə, görüşdə təşkilat barədə, onun fəaliyyəti və tərkibi haqqında qonaqlara geniş məlumat verilib. Orxan Əkbərov bu yaxınlarda dövlət rəsmilərinin və Azərbaycandan kənarda təhsil almış tələbələrin birgə iştirakı ilə Fransa və Almaniyada uğurla həyata keçirilmiş forum və digər tədbir və layihələrdən danışıb. ASAİF-in sədri onu da qeyd edib ki, ölkədən kənarda keçirilən bu cür tədbirlər Azərbaycan üçün çox əhəmiyyətlidir və bu tip tədbirlər gələcəkdə də davam etdiriləcək. C. Smit öz növbəsində, təşkilatın fəaliyyətindən məmnunluq duyduğunu bildirib və yeni ofisin açılışı münasibəti ilə təşkilatçıları təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR