Bank Of Baku

Ağsu arxeoloji ekspedisiyası çöl tədqiqat işlərinə başlayıb

Ağsu arxeoloji ekspedisiyası çöl tədqiqat işlərinə başlayıb
# 14 aprel 2011 14:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ağsu arxeoloji ekspedisiyası çöl tədqiqat işlərinə başlayıb. Bu barədə APA-ya ekspedisiyanın rəis müavini Fariz Xəlilli məlumat verib. O bildirib ki, ekspedisiya ötən ilin mart ayından etibarən “Miras” İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə layihəsi əsasında tarixçi alim Qafar Cəbiyevin rəhbərliyi ilə abidədə geniş miqyaslı arxeoloji tədqiqatlara başlayıb: “Artıq ekspedisiyanın üzvləri beşinci sahədə öz işlərini davam etdirir. Hazırda bu sahənin XVIII əsrin sonlarına aid olan üst qatı öyrənilir. Artıq bir sıra tikinti qalıqları və maddi-mədəniyyət nümunələri aşkara çıxarılıb. Məlumat üçün bildirim ki, tədqiqatlarla yanaşı, üç min kvadratmetrlik dördüncü qazıntı sahəsinin üstünün örtülməsi istiqamətində də intensiv iş gedir. Yaxın vaxtlarda bu işlərin, eləcə də konservasiya işlərinin və bütövlükdə sərgi-kompleksin tamamlanaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR