Bank Of Baku

Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Səlim Müslümovla görüşüb

Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Səlim Müslümovla görüşüb
# 14 aprel 2011 14:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Azərbaycanda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Zahteroğullarının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DSMF-dən “APA-Economics”ə verilən məlumata görə, Türkiyə ilə Azərbaycanın ticarət və biznes sahələri üzrə çox gözəl əlaqələrinin olduğunu deyən A.Zahteroğullari iki ölkə arasında sosial-müdafiə sahəsi üzrə bəzi anlaşma sənədlərinin olduğunu da söyləyib. Onun sözlərinə görə, iqtisadi böhrana baxmayaraq, Türkiyə və Azərbaycan sosial sahədə inkişafa nail ola bilib.

DSMF sədri Səlim Müslümov isə deyib ki, Azərbaycanın Türkiyə və Ukrayna ilə qarşılıqlı pensiya sahəsində problemi yoxdur: “Bizim qarşılıqlı müqavilələrimiz var. Əgər hər hansı bir şəxs Türkiyədə işləyib Azərbaycana qayıdırsa və yaxud Azərbaycanda işləyib Türkiyəyə qayıdırsa, onun stajı pensiya hesablanması zamanı nəzərə alınır. Amma müəyyən fərqli nüanslar var. B, qanunvericilikdən irəli gəlir. Məsələn, Türkiyədə tibbi sığorta Sosial Güvənlik Kurumu tərəfindən həyata keçirilib. Amma bizdə bu, tamam bazar prinsiplərinə söykənir. Tibbi sığortanın toplanılması üçün ayrıca dövlət qurumu yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR