Bank Of Baku

Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə texniki təhlükəsizlik qaydalarının təmin edilməsi məqsədilə xüsusi tədbirlər həyata keçirilir

Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə texniki təhlükəsizlik qaydalarının təmin edilməsi məqsədilə xüsusi tədbirlər həyata keçirilir
# 14 aprel 2011 15:20 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyindəki müəssisələrdə texniki təhlükəsizlik qaydalarının təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ilə birgə xüsusi tədbirlərin həyata keçirilməsinə başlanılıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, bu məqsədlə xidmətin baş idarəsində tabelikdə olan qurumların qaz təsərrüfatlarına cavabdeh məsul əməkdaşlarının iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə çıxış edən Penitensiar Xidmətin təsərrüfat idarəsinin rəisi, ədliyyə polkovniki Həsən Seyidbəyov qaz təsərrüfatında təhlükəsizliyin təmin edilməsi məqsədilə artıq Qaradağ rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisələrində müasir istilik sistemlərinin qurulmasının başa çatdırıldığını, həmin müəssisələrdə texniki təhlükəsizliyin təmin olunması üçün müvafiq şəraitin yaradıldığını və eyni zamanda yeni inşa olunan cəzaçəkmə müəssisələrində bu məsələlərə xüsusi diqqət yetirildiyini bildirib.

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Adil Xəlilov isə Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə ilk növbədə qaz təsərrüfatında xidmət göstərən işçilərin təhlükəsizlik qaydaları ilə təlimatlandırılmalarının zəruriliyini vurğulayıb. O, bununla əlaqədar Penitensiar Xidmətlə əməkdaşlığa hazır olduqlarını söyləyib.

Tədbirdə iştirak edən 22 qurumun qaz təsərrüfatlarına cavabdeh məsul əməkdaşlarının “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” haqqında istehsalat təlimatları həcmində bilik səviyyələri yoxlanılıb və nəticələrə dair protokol tərtib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR