Bank Of Baku

Azərbaycanda miqrasiya orqanlarında vakant iş yerləri üzrə namizədlərin sənəd qəbulu başa çatıb

Azərbaycanda miqrasiya orqanlarında vakant iş yerləri üzrə namizədlərin sənəd qəbulu başa çatıb
# 14 aprel 2011 15:21 (UTC +04:00)
Bakı-APA. Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar Azərbaycan vətəndaşlarına martın 1-dən aprelin 8-dək elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu başa çatıb. DMX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, növbəti müsabiqədə iştirak etmək üçün 535 vətəndaş ərizə ilə müraciət edib. Namizədlərdən 7 nəfəri digər dövlət qurumlarında çalışdığından yalnız söhbət mərhələsində, qalan 528 nəfər isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçiriləcək test imtahanlarında iştirak edəcəklər. Test imtahanının nəticələrinə əsasən, müsabiqə şərtini ödəyən namizədlər söhbət mərhələsinə buraxılacaqlar.
Müsabiqədə iştirak edən namizədlərdən 114 nəfərini qadınlar, 421 nəfərini kişilər təşkil edir.
Müsabiqəyə DMX Aparatına, həmçinin struktura daxil olan digər qurumlara - Bakı və Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzlərinə, Şirvan, Yevlax, Xaçmaz və Lənkəran regional miqrasiya idarələrinə, Xidmətin Tibb müəssisəsinə məxsus vakant yerlər çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR