Bank Of Baku

Türkiyə nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olub

Türkiyə nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olub
# 14 aprel 2011 15:27 (UTC +04:00)
Bakı-APA. Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycanda işgüzar səfərdə olan Türkiyə əmək və sosial müdafiə nazirinin müavini – Ahmet Zahteroğullarının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın DMX-nin internet səhifəsində istinadən verdiyi məlumata görə, DMX rəisi Arzu Rəhimov iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycanda daim Türkiyənin qardaşlıq köməyinin hiss olunduğunu, müxtəlif sahələrdə bu ölkənin təcrübəsindən yararlanmağa ehtiyac duyulduğunu dilə gətirib. Ahmet Zahteroğulları Türkiyənin hər zaman təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.
Görüşdə Azərbaycan ərazisində yaşamalarını leqallaşdırmaq məqsədilə DMX-ə müraciət edənlərin arasında daha çox qardaş Türkiyə dövlətinin vətəndaşlarının üstünlük təşkil etdiyini qeyd edən xidmət rəisi bunu müsbət hal kimi qiymətləndirib.
Sonda iki ölkə arasında miqrasiya sahəsində münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə edilib, qurumlararası əməkdaşlığın perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR