Bank Of Baku

Bərdədə qəzalı vəziyyətdə olan binanın sakinləri üçün yeni tikilən 14 mənzilli ev istifadəyə verilib

Bərdədə qəzalı vəziyyətdə olan binanın sakinləri üçün yeni tikilən 14 mənzilli ev istifadəyə verilib
# 15 aprel 2011 00:34 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu-APA. Bərdə şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binasının sakinləri yeni evlərə köçürülüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, iki ərtəbədən, 14 mənzildən ibarət binanın tikintisinə ötən il başlanılıb. Sakinlərin sözlərinə görə, yaşadıqları tikintinin yararsız halda olduğuna dair ölkənin yuxarı instansiyalı orqanlarına müraciət etdikdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri gəlib binaya baxış keçiriblər. Az keçməmiş sakinlərin köçürülməsi üçün yeni binanın inşasına start verilib. Bina yaşayış üçün tam əlverişlidir. Kommunikasiya və digər infrastukturları dünya standartlarına tam cavab verir.
Açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinə Bərdədən millət vəkili seçilmiş Zahid Oruc da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR