Bank Of Baku

Xaldan-Balakən magistral qaz kəmərində sızmalar baş verib

Xaldan-Balakən magistral qaz kəmərində sızmalar baş verib
# 15 aprel 2011 07:40 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli sakinlər məlumat verib. Məlumatda bildirilir ki, Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarına təbii qazın verilməsi bu gün səhər saat 08.00 radələrindən dayanıb. Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-ya verilən açıqlamada fakt təsdiqlənib. Buna səbəb kimi Xaldan-Balakən magistral qaz kəmərinin 36, 37 və 48-ci kilometrliyində qaz sızmalarının baş verməsi göstərilib.

Hazırda Ağdaş Magistral Qax Kəməri İdarəsinin əməkdaşları qaz sızmalarını aradan qaldırmaq istiqamətində təmir işlərinə başlayıb. Günün sonuna kimi təmir işlərinin başa çatdırılması, bölgəyə təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR