Bank Of Baku

Azərbaycandakı hemofiliyalı xəstələrin dövlət reyestri yaradılır

Azərbaycandakı hemofiliyalı xəstələrin dövlət reyestri yaradılır
# 15 aprel 2011 11:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Səhiyyə Nazirliyi ilə birgə Azərbaycandakı hemofiliyalı xəstələrin dövlət reyestrinin yaradılmasına başlayıb. APA-nın məlumatına görə, Respublika Elmi Praktiki Hemofiliya Mərkəzinin rəhbəri (REPHM) Elmira Qədimova bildirib ki, dövlət reyestrinin yaradılması bütün hemofiliyalı xəstələrin Səhiyyə Nazirliyi tərəfindən tam nəzarət altında götürülməsinə imkan verəcək. E. Qədimovanın sözlərinə görə, hazırda bu mərkəzdə 1340 xəstə qeydiyyatdadır.
O, bildirib ki, əgər 5 il əvvəl hemofiliyalı xəstələrin 80-90 faizi stasionar müalicə alırdısa, bu gün onların sayı xeyli aşağı düşüb: “Hazırda mərkəzdə ağır xəstələrin sayı 230 nəfərdir ki, onların da içərisində təkrar gələnlər var. Qalanları ambulator şəraitdə müalicə alır”.

E.Qədimova qeyd edib ki, böyük yaşda olan xəstələr daha çox dayaq hərəkəti pozğunluğu ilə üzləşirlər: “Buna görə də ortoped-travmatoloq mütəxəssisləri hazırlanmalı, bu istiqamətdə işlər gücləndirilməlidir. Bundan başqa, valideynlər uşaqlarının müalicəsində diqqətli olmalıdırlar. Özbaşına, dozadan artıq iynə vurulduqda, belə xəstələrin 20-30 faizi inhibitor ola bilərlər. Əgər inhibitor güclüsüdürsə, adi müalicə effektsiz ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR