Bank Of Baku

Azərbaycanda 4000-ə yaxın dərmanlara davamlı vərəmli xəstə var

Azərbaycanda 4000-ə yaxın dərmanlara davamlı vərəmli xəstə var
# 15 aprel 2011 12:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Dərmanlara davamlı vərəmli xəstələrin müalicəsinə nəzarət” layihəsinin əhatə dairəsini genişləndirilməyi nəzərdə tutur. Bunu APA-ya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sağlamlı və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova deyib. Onun sözlərinə görə, bu layihənin icrasına keçən ildən başlanıb və hazırda Bakının 4 rayonunda – Nizami, Yasamal, Xəzər və Xətaidə icra olunur: “Ötən il bu layihəyə 20 xəstə cəlb edilib. Bizim tibb bacılarımız həmin rayonlarda xəstələrin evinə gedərək onlara kömək göstərir. Bu məsələdə dövlətə yardımçı rolunda oynayırıq”.

M. Qaraxanova bildirib ki, hazırda Azərbaycanda dərmanlara davamlı vərəm formasının daşıyıcısı olan 4 minə yaxın xəstə var. Vərəmin bu forması aktiv vərəm forması müalicə olunmadıqda müşahidə edilir. Dərmanlara davamlı vərəm forması vərəmin çox ağır forması hesab olunur. Amma bununla belə, vərəmin bu forması da müalicə olunandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR