Bank Of Baku

“Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin açılışı olub

“Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin açılışı olub
# 15 aprel 2011 12:45 (UTC +04:00)
Bakı – APA. Bu gün Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin açılışı olub. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəzin açılışında gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.

Məlumatda bildirilir ki, sifarişçisi GİN olan Mərkəzin əsaslı təmirinə 2008-ci ilin dekabr ayından başlanılıb. 2000-ci ildən GİN-in strukturuna daxil edilən Mərkəzdə hər il 1500-ə yaxın uşaq və gənc istirahət edir. Aztəminatlı ailələrə və sağlamlıq imkanları məhdud yeniyetmələrə xüsusi diqqət yetirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR