Bank Of Baku

Abel Məhərrəmov: “Bəzi müəllimlər cəzalandırılıb”

Abel Məhərrəmov: “Bəzi müəllimlər cəzalandırılıb”
# 15 aprel 2011 12:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Bakı Dövlət Universitetində neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər öz nəticəsini verir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, bu həftənin əvvəlində hüquq fakültəsi tələbələrinin əksəriyyəti imtahandan aşağı qiymət və ya 2 alıb, rektorluq tərəfindən testlər yoxlandıqda bəzi nöqsanlar üzə çıxıb: “Göstəriş vermişdim ki, birinci kurs tələbələri üçün sadə testlər olsun. Amma yoxlayanda gördük ki, test sualları orta səviyyədən yuxarıdır. O müəllimlər cəzalandırıldılar. Kafedra müdirlərinə xəbərdarlıq etdik. Həmin testləri təqdim edən “Məntiq” və “Azərbaycan dövlət hüquq tarixi” fənnini tədris edən müəllimlərin müqavilələrə xitam veriləcək”.

A. Məhərrəmov qiyabi şöbədə və ikinci ali təhsildə onu narahat edən məqamların olduğunu vurğulayıb. Ötən bir neçə ay ərzində hüquq fakültəsində bir kafedra müdirinin işdən çıxarıldığını, bir kafedra müdirinə xəbərdarlıq verildiyini söyləyən rektor artıq həyata keçirilən profilaktik tədbirlərin nəticə verdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR