Bank Of Baku

Abel Məhərrəmov: “BDU-nun yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin eyni vaxtda köçürülməsini təklif etmişik”

Abel Məhərrəmov: “BDU-nun yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin eyni vaxtda köçürülməsini təklif etmişik”
# 15 aprel 2011 13:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Hökumətə Bakı Dövlət Universitetinin (BDU) tələbə yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin mərhələli deyil, eyni vaxtda köçürülməsi təklif edilib. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, artıq bununla bağlı dövlət başçısına da müraciət edilib: “Qarşıdan BDU-nun 100 illik yubileyi gəlir. Bəzən yubileyə bir il qalmış sərəncam verilir. Biz indidən işə indidən başlamağı təklif etmişik”.

A. Məhərrəmov universitet üçün yeni yataqxanaların tikintisi, mövcud yataqxanaların yenidən qurulması, texnoparkın yaradılması təklifləri ilə çıxış etdiklərini də açıqlayıb. Rektor qeyd edib ki, bu məsələlərin hamısı BDU-nun hökumətə təqdim etdiyi tədbirlər planında əksini tapıb: “Hesab edirəm ki, Azərbaycanın ilk təhsil ocağı olan BDU-nun 100 illik yubileyinə hazırlıq işləri aparılmalıdır. Çünki hər yerdən qonaqlar tökülüb gələcəklər. Qonaqların o yataqxanaları görmələri bizim üçün uyğun deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR