Bank Of Baku

“Vətəni Tanı” Ümumrespublika Kampaniyasına start verilib

“Vətəni Tanı” Ümumrespublika Kampaniyasına start verilib
# 15 aprel 2011 13:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Gənclər Təşkilatları Milli Şurası “Vətəni Tanı” Ümumrespublika Kampaniyasına start verib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Gənclər Təşkilatları Milli Şurasının baş katibi Orxan Ərəbov bildirib ki, “Vətəni Tanı” kampaniyası 14-18 yaşlı gənclər arasında ölkə üzrə 85 auditoriyanı (hər bir auditoriyada minimum 150 nəfər iştirakçı olmaqla) əhatə edəcək. Bakı rayonlarındakı seçim turlarının hər birində 300 gənc olacaq. Kampaniya üçün xüsusi ekspertlər tərəfindən hazırlanmış Azərbaycan xəritəsinin xüsusi elektron proqram və material keçməcə variantları istehsal edilib.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında təklif edib ki, kampaniyanın yekununda dənizkənarı bulvarda gənclərin iştirakı ilə Azərbaycanın kosmosdan çəkilə biləcək böyük xəritəsi hazırlansın.

Milli Şuranın sədri, millət vəkili Fuad Muradov deyib ki, kampaniyada əsas məqsədlərdən biri də Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Kampaniyada interaktivlik, innovativlik, gənclər və cəmiyyət üçün yararlılıq əmsalı kimi göstəricilər önə çəkilib. Kampaniya çərçivəsində ölkə üzrə 12 min aktiv iştirakçı gözlənilir. Kampaniya çərçivəsində jurnalistlər üçün də müsabiqə elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR