Bank Of Baku

Çernobıl əlillərinin sosial müdafiəsinin artırılması ilə bağlı təkliflər Azərbaycan hökumətinə təqdim edilib

Çernobıl əlillərinin sosial müdafiəsinin artırılması ilə bağlı təkliflər Azərbaycan hökumətinə təqdim edilib
# 15 aprel 2011 14:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Çernobıl əlillərinin sosial müdafiəsinin artırılması məqsədilə yeni tədbirlərin görülməsi üçün Nazirlə Kabinetinə müraciət edib.

Nazirliyin Əlil, Tənha və Ahıllara Sosial Xidmətin Təşkili Şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hökumətə şəhər və rayon mərkəzlərində Qarabağ müharibəsi əlləri və şəhid ailələri üçün inşa olunan yaşayış binalarındakı mənzillərin 10%-nin yaşayış yerində mənzil növbəsində dayanan Çernobıl əlillərinə ayrılması təklif edilir: “Ötən il 1000-ə yaxın Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin olunub. Bunun da 10%-i böyük rəqəmdir”.

Nazirlikdən bildirilib ki, təkliflərdə ƏƏSMN tərəfindən ölkəyə Qarabağ müharibəsi illəri və şəhid ailələri üçün gətirilən avtomobillərin də 10%-in Çernobıl əlillərinə növbədənkənar verilməsi öz əksini tapıb. Bununla yanaşı, Bakıda yaşayış yeri üzrə mənzil növbəsində dayanan Çernobıl əlillərinin sayını çox olduğunu nəzərə alaraq, ƏƏSMN onlar üçün ayrıca yaşayış binasının tikilməsi, Çernobıl əlilləri üçün nazirlik tərəfindən ayrılmış sanatoriya-kurort putyovkalarının sayının artırılması, Mingəçevir şəhərində Çernobıl əlilləri üçün radioloji reabilitasiya mərkəzinin tikintisi təklif edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR