Bank Of Baku

Radiasiya Problemləri İnstitutunun direktoru: “Azərbaycanda təxminən 50 ildən sonra atom enerjisindən istifadəyə ehtiyac yaranacaq”

Radiasiya Problemləri İnstitutunun direktoru: “Azərbaycanda təxminən 50 ildən sonra atom enerjisindən istifadəyə ehtiyac yaranacaq”
# 15 aprel 2011 14:24 (UTC +04:00)
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. Onun sözlərinə görə, bu ekspertiza stansiyanın iş rejimi ilə tanışlıq məqsədi daşıyacaq.

Belə ekspertizaların 4-5 ildən bir keçirildiyini deyən institut direktoru onun nəticələrindən asılı olaraq, stansiya ilə bağlı Azərbaycanı qane edəcək hər hansı addımın atılacağına ümid etmədiyini də söyləyib: “Nüvə enerjisindən istifadə hər bir ölkənin suveren hüququdur. Amma biz təklif edirik ki, bu məsələyə yenidən baxılsın. Baş verə biləcək qəza nəticəsində qonşu ölkələrə zərərin hansı formada dəyə biləcəyini müəyyənləşdirmək üçün ilk növbədə nüvə reaktorlarının ətraf mühitə təsiri faktı öyrənilməlidir. Zərərin təsirini görə biləcək qonşu ölkələrin razılığı olmaq şərti ilə isə atom elektrik qurğuları tikilməlidir”.

A. Qəribov deyib ki, hazırda dünyada 150-160 milyard ton neft, 160 trilyon kubmetr qaz ehtiyatı var: “Biz ildə 3,5-3,2 milyard ton neft, 3 milyard kubmetrə yaxın qaz istehsal edirik. Yəqin ki, Azərbaycanda da təxminən 50 ildən sonra atom enerjisindən istifadəyə ehtiyac yaranacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR