Bank Of Baku

Prezident İlham Əliyev Salyan şəhərində olub

Prezident İlham Əliyev Salyan şəhərində olub
# 15 aprel 2011 20:47 (UTC +04:00)
Bakı-APA. Aprelin 15-də Azərbaycan prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdırıb qayıdarkən yolüstü Salyan şəhərində olub.
Sakinlərlə görüşdükdən sonra prezident İlham Əliyev Salyan şəhərini gəzib.
Dövlət başçısı şəhərdə görülən işlərlə maraqlanıb. Rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verib ki, şəhərdəki bütün binaların fasadları tamamilə dəyişdiriləcək, küçələrin kənarındakı xidmət və ticarət obyektlərinin xarici görünüşü müasir memarlıq üslubunda qurulacaq. Mərkəzi küçələrin işıqlandırma sistemləri tamamilə yeniləşəcək. Bunun üçün xüsusi işıqlandırma sistemləri və dirəklər sifariş verilib. Şəhərin küçələri boyu çəkilən hasarlar çay daşları ilə bəzədiləcək.
Həmçinin Tahir Kərimov Kürün Salyan ərazisindən keçən hissəsinin məcrasının dəyişdirilməsi ilə bağlı hazırlanan layihə barədə də dövlətimizin başçısına məlumat verib.
Şəhərdə görülən işlərlə tanışlıq zamanı prezident İlham Əliyev sakinlərlə bir daha görüşdü, onların qayğıları və problemləri ilə maraqlanıb. Ölkənin hər yerində olduğu kimi, Salyanda da mövcud problemlərin aradan qaldırılması üçün görülən tədbirlərdən və nəzərdə tutulan proqram və layihələrdən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR