Bank Of Baku

Azərbaycan paytaxtında “Bakının birincisi” II İntellektual Gənclər Festivalı keçirilir

Azərbaycan paytaxtında “Bakının birincisi” II İntellektual Gənclər Festivalı keçirilir
# 16 aprel 2011 10:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Bakıda Gənclər və İdman Nazirliyinin və Gənclər Təşkilatları Milli Şurasının birgə dəstəyi ilə “Bakının birincisi” II İntellektual Gənclər Festivalı keçirilir.

APA-nın məlumatına görə, festivalın açılış mərasimində çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov bildirib ki, rəhbərlik etdiyi təşkilat hər il gənclərin intellektual potensialının yüksəldilməsi üçün tədbirlər həyata keçirir.

Onun sözlərinə görə, 2002-ci ildən başlayaraq hər il gənclər üçün intellektual oyunlar təşkil olunur. “Bakının birincisi” II İntellektual Gənclər Festivalı “Çto? Qde? Koqda?” intellektual oyunu çərçivəsində həyata keçirilir. Festivalda ölkədə fəaliyyət göstərən bütün ali məktəblərin xüsusi komandaları iştirak edir. Festivala 300-ə yaxın tələbə gənc qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR