Bank Of Baku

Tələbələr hakim Ənvər Seyidovla görüşüb

Tələbələr hakim Ənvər Seyidovla görüşüb
# 16 aprel 2011 11:05 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qərargahında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovla görüş keçirilib.

APA-nın xəbərinə görə, görüşdə çıxış edən Ənvər Seyidov ağır cinayətlər törədən şəxslərin psixologiyası, onların psixoportreti haqqında danışıb. Ə.Seyidov Konstitusiya, məhkəmə hakimiyyətinin səlahiyyətləri, ağır cinayətlər, dövlətin bu sahədə gördüyü işlər barəsində də tədbir iştirakçılarına məlumat verib: “Azərbaycan 200-dən çox beynəlxalq konvensiyalara qoşulub. Bütün konvensiyalara əməl olunur. Hər bir təqsirləndirilən şəxs tutulduğu vaxtdan dövlət tərəfindən vəkillə təmin olunur, onun hüquqları qorunur”.

Görüşdə tarix, hüquq, jurnalistika, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültələrində təhsil alan tələbələr iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR