Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi iməcilikdə 4000 ağac əkilib - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi iməcilikdə 4000 ağac əkilib - <font color=red>FOTO</font>
# 16 aprel 2011 12:56 (UTC +04:00)
Bakı - APA. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirib.

ETSN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iməcilikdə ekologiya və təbii sərvətlər naziri H.Bağırov başda olmaqla nazirliyin əməkdaşları, media nümayəndələri, o cümlədən ETSN-in nəzdində yaradılmış “Jurnalistlərin ekologiya məktəbi”nin məzunları da iştirak edərək 5 hektar sahədə 4000 ədəd sərv ağacı əkiblər.

Tədbirin sonunda məktəbi bitirən jurnalistlərə H.Bağırov tərəfindən sertifikatlar təqdim olunub.

Xatırladaq ki, “Jurnalistlərin ekologiya məktəbi” 2010-cu ilin avqust ayında ETSN-in nəzdində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və digər sahələrdə jurnalistlərin bilik və məlumatlılıqlarının artırılması məqsədilə yaradılıb.

Ağacəkmə ilə bağlı iməciliklər Respublikanın bütün meşə təsərrüfatlarında, həmçinin Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarında da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR