Bank Of Baku

ATƏT-in Bakı ofisinin nümayəndələri Quba rayonunun Güləzi kəndində olub

ATƏT-in Bakı ofisinin nümayəndələri Quba rayonunun Güləzi kəndində olub
# 16 aprel 2011 14:11 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Bu gün ATƏT-in Bakı ofisinin nümayəndələri 2010-cu ilin mart ayında torpaq sürüşməsinə məruz qalan Quba rayonunun Güləzi kəndində olub.

ATƏT-in İqtisadiyyat və Ətraf Mühit şöbəsinin rəhbəri Yan Olson APA-nın yerli bürosuna bildirib ki, bu ərazidə “Quba rayonunda ətraf mühit risklərinin azaldılması üzrə icmaların, bələdiyyələrin və hökumət orqanları arasında dialoqun gücləndirilməsi” layihəsi həyata keçiriləcək.

Layihə çərçivəsində həyata keçiriləcək əsas fəaliyyətlərdən biri torpaq sürüşmələrinin qarşısının alınması məqsədilə torpaq sürüşməsi sahələrində ağac əkilməsidir. Yerli əhali ilə görüşən ATƏT nümayəndələri daha sonra sürüşmə ərazisinə baş çəkib.

Qeyd edək ki, ATƏT-in həyata keçirdiyi bu layihə çərçivəsində Güləzi kəndində, əsasən sürüşmə baş verən ərazilərdə 9000 ədəd qoz və 1000 ədəd şabalıd tingləri əkilib. Layihə çərçivəsində sürüşmə ərazilərinə yaxın digər kəndlərdə də ağacəkmə kampaniyalarının həyata keçirilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR