Bank Of Baku

Göyçayda “Yaşıllıq” aylığında 10 min ədəd ağac əkilib

Göyçayda “Yaşıllıq” aylığında 10 min ədəd ağac əkilib
# 16 aprel 2011 18:47 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Göyçay rayonunda yaşıllıqların salınması istiqamətində işlər davam etdirilir. APA-nın yerli bürosunun xəbərinə görə rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamına uyğun olaraq mart-aprel ayları Göyçayda “Yaşıllıq” aylığı elan olunub. Yaşıllaşdırma tədbirlərində müxtəlif idarə və təşkilatların kollektivləri ilə yanaşı, sadə vətəndaşlar da yaxından iştirak edir.
Bugünədək Heydər Əliyev prospektinin, M.Fizuli, M.Ə.Sabir, M.Hüseynzadə, Ə.Kərim, Natavan, Nizami və digər küçələrin kənarına, park və bağlara, sosial obyektlərin ətrafına, şəhər ətrafında istifadəsiz qalan boş torpaq sahələrinə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarına, kəndlərdə bələdiyyə və icra nümayəndəliklərinin, bağça və məktəblərin qarşısına 10 min ədəd çinar, qovaq, akasiya, sərv, küknar və meyvə ağacının tingi əkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR