Bank Of Baku

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı I rübdə 11,7% artıb

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı I rübdə 11,7% artıb
# 18 aprel 2011 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,7% artaraq 339,6 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-fevral aylarında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1 056,3 manat, qeyri-neft sektorunda 319,3 manat, dövlət bölməsində 280,6 manat, özəl bölmədə 439 manat təşkil edib.

«Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əmək haqqı daha yüksək olub», - deyə Komitədən bildirilib.

Bununla yanaşı, 2011-ci ilin yanvar-fevral aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 2,7 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib. Ödənişlərin əsas hissəsini mədənçıxarma sənayesi, nəqliyyat və anbar təsərrüfatı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, informasiya və rabitə, tikinti sahələrində çalışan işçilər alıb.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 179,5 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 306,5 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR