Bank Of Baku

TQDK aprelin 17-də respublikanın 29 şəhərində keçirdiyi sınaq imtahanının nəticələrini yaxın günlərdə açıqlayacaq

TQDK aprelin 17-də respublikanın 29 şəhərində keçirdiyi sınaq imtahanının nəticələrini yaxın günlərdə açıqlayacaq
# 18 aprel 2011 08:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 17-də respublikanın 29 şəhərində keçirdiyi sınaq imtahanının nəticələrini yaxın günlərdə açıqlayacaq. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, nəticələrin TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.
E. Nağızadənin sözlərinə görə, sınaq və qəbul imtahanlarının nəticələrini TQDK-nın internet saytı ilə yanaşı, mobil telefondan istifadə etməklə “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər. Artıq nəticələr elan olunduqda “Azercell” şirkəti ilə yanaşı, “Bakcell” mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə imtahan nəticələrini öyrənəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR