Bank Of Baku

Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən məhkumlara pəhriz yeməkləri veriləcək

Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən məhkumlara pəhriz yeməkləri veriləcək
# 18 aprel 2011 10:08 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev şəkərli diabet xəstəliyindən əziyyət çəkən məhkumların müvafiq pəhriz yeməkləri ilə təmin olunmaları ilə bağlı əmr imzalayıb. Penitensiar Xidmətin ictimaiyyətlər əlaqələr şöbəsindən APA-ya verilən xidmət rəisinin əmrinə əsasən mayın 1-dən etibarən şəkərli diabet xəstəliyi olan məhkumlar üçün pəhriz xörəkləri xüsusi çeşidli olmaqla, dietoloqların tövsiyələri ilə hazırlanacaq. Bu qəbildən olan məhkumların qidalanmaları üçün cəzaçəkmə müəssisələrində xüsusi yerlərin ayrılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR