Bank Of Baku

Gəncədə insan alveri ilə mübarizəyə həsr olunmuş seminar keçirilir

Gəncədə insan alveri ilə mübarizəyə həsr olunmuş seminar keçirilir
# 18 aprel 2011 10:29 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Gəncə şəhərində insan alveri ilə mübarizəyə həsr olunmuş seminar keçirilir. APA-nın xəbərinə görə, seminar ATƏT-in Bakı ofisi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunub.

ATƏT-in Bakı ofisinin hərbi-siyasi şöbəsinin rəhbəri Con Makareqor seminarın açılışında bildirib ki, insan alveri getdikcə artan bir problemdir və hərtərəfli, koordinə olunmuş cavab tədbirləri tələb edir: “Bu tədbirlər insan alverinin qarşısının alınması, bu prosesdə iştirak edənlərin və onların yardımçılarının məsuliyyətə cəlb edilməsi, eləcə də qurbanların müdafiəsini ehtiva etməlidir. Biz əminik ki, seminar insan alveri qurbanlarının üzə çıxarılması prosesini yaxşılaşdırmağa və hökumətin insan alveri, məcburi əməklə bağlı faktların effektiv təhqiqatı, məhkəmə yolu ilə hüquqi təqibi cəhdlərinə kömək edəcək”.

Qeyd edək ki, daha 5 rayonda və Naxçıvanda da bu cür seminarlar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR