Bank Of Baku

Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 4,4% artıb

Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 4,4% artıb
# 18 aprel 2011 10:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 4,4% artıb.

Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev “APA-Economics”ə bildirib ki, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 10 631 nəfərə yüksəlib.

Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən çoxdur. Belə ki, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ilk yerdə olan Türkiyə vətəndaşlarının sayı 6146 nəfər, ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1391 nəfər, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 588 nəfərdir. Sonrakı yerlərdə İran (354 nəfər), Hindistan (268), Çin (145), Bosniya və Herseqovina (127), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (120), Özbəkistan (111), Pakistan (94), Ukrayna (88), Filippin (88), Almaniya (84), Malayziya (80), Qazaxıstan (71), Türkmənistan (66), ABŞ (58), İtaliya (58) və s. ölkələr gəlir.

Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR