Bank Of Baku

«Təmiz Şəhər» ASC nağıl və hekayə müsabiqəsinə başlayıb

«Təmiz Şəhər» ASC nağıl və hekayə müsabiqəsinə başlayıb
# 18 aprel 2011 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gündən etibarən «Təmiz Şəhər» ASC ibtidai sinif şagirdləri üçün nağıl və hekayələrin hazırlanmasına dair müsabiqəyə start verib.
ASC-dən «APA-Economics»ə verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlara tullantılarla düzgün rəftar və təbiətin qorunması kimi vərdişlərin aşılanmasıdır.
Müsabiqədə iştirak etmək istəyənlər məişət tullantıları ilə əlaqədar tərbiyəvi mövzuda nağıllar və kiçik hekayələr təqdim etməlidir. Nağılların mözusu təmiz şəhərə səyahət, tullantıların azaldılması və israfçılığın qarşısının alınması, tullantıların təkrar istifadəsi, «tullantıların söhbəti» ola bilər.
Nağıl və hekayələr Azərbaycan dilində 200 sözdən artıq olmamaq şərti ilə «MS Word» formatında yazılmalı və mayın 10-dək [email protected] elektron ünvanına göndərilməlidir. Məktubda həmçinin, yazı müəllifi barədə qısa məlumat (ad, soyad, yaş və s.) və əlaqə məlumatları qeyd olunmalıdır.
Nağıllar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. İlk 3 yerin qaliblərinə «Təmiz Şəhər» ASC tərəfindən hədiyyələr təqdim olunacaq. Müsabiqənin şərtlərinə əsasən, qaliblərin nağıllarından ibarət uşaqlar üçün şəkilli və rəngləməli kitablar hazırlanacaq. Çoxsaylı tirajla çap ediləcək bu kitablar Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin ibtidai sinif şagirdləri arasında pulsuz paylanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR