Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri Latviya daxili işlər nazirini qəbul edib - FOTO

Azərbaycanın fövqəladə hallar naziri Latviya daxili işlər nazirini qəbul edib - <font color=red>FOTO</font>
# 18 aprel 2011 13:02 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, görüş zamanı K. Heydərov Azərbaycanın son illərdə sosial-iqtisadi həyatın bütün sferalarında əldə etdiyi nailiyyətlərdən danışıb, habelə Nazirliyin strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib.

Öz növbəsində, qonaq Azərbaycanla Latviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini qeyd edib, iki ölkənin fövqəladə halların idarə olunması sahəsində müvafiq qurumları arasındakı mövcud əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Görüş zamanı, həmçinin, 17 yanvar 2011-ci il tarixində Riqa şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"in müddəalarının yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılıb.

Səfər proqramına uyğun olaraq, Azərbaycan FHN-in strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR