Bank Of Baku

“İçərişəhər - tarixi-mədəni irs və müasir turizm mərkəzi” mövzusunda dəyirmi masa keçirilib

“İçərişəhər - tarixi-mədəni irs və müasir turizm mərkəzi” mövzusunda dəyirmi masa keçirilib
# 18 aprel 2011 13:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İçərişəhərdə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “İçərişəhər - tarixi-mədəni irs və müasir turizm mərkəzi” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, son illər ölkədə tarixi abidələrin qorunması istiqamətində mühüm işlər görülüb.

İçərişəhərin dünya əhəmiyyətli 3 abidəsindən biri olan Məhəmməd məscidində konservasiya işlərinin ötən ilin sonunda başa çatdığını deyən M. Cabbarov, hazırda Qala divarlarının bərpası istiqamətində aparılan işlərin əhəmiyyətli mərhələyə qədəm qoyduğunu söyləyib: “Bir neçə aydan sonra İşərişəhərin əsas rəmzlərindən biri olan Qala divarları özünün tarixi görünüşünü alacaq”.

Qeyd edək ki, tədbir çərçivəsində İçərişəhərdə gedən bərpa və muzey-konservasiya işlərinə həsr olunmuş “Məhəmməd məscidi”, “Sıratağlı dini-memarlıq kompleksi – Xanəgah”, “Numizmatik muzey-ekspozisiyası” mövzusunda fotosərgi keçirilib. Fotosərgidə eyni zamanda Qarabağın, Naxçıvanın, Bakı və Abşeronun abidələrinin fotoları da nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR