Bank Of Baku

Təhsil Nazirliyi 9 rayonda keçirdiyi yoxlama imtahanının nəticələrini aprelin 20-dək açıqlayacaq

Təhsil Nazirliyi 9 rayonda keçirdiyi yoxlama imtahanının nəticələrini aprelin 20-dək açıqlayacaq
# 18 aprel 2011 13:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyi aprelin 17-də Azərbaycanda ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirdiyi sonuncu yoxlama imtahanının nəticələrini aprelin 20-dək açıqlayacaq. Bunu APA-ya Təhsil Nazirliyinin şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri Təranə Haçıyeva deyib. O, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda keçirilən imtahanların nəticələrinin http://exam.edu.gov.az/ saytında yerləşdirildiyini söyləyib. Şagirdlər bu İnternet səhifəsində öz kodlarını daxil etməklə nəticələr barədə məlumat əldə edə bilərlər.

Ölkə üzrə orta məktəblər və peşə liseylərində yoxlama imtahanlarının keçirilməsinə fevralın 13-dən başlanılıb. Attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR