Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,590 mln. nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,590 mln. nəfərə çatıb
# 18 aprel 2011 13:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprelin 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 589,8 min nəfər olub ki, onların 4 332,6 min nəfəri iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-fevral aylarında muzdla işləyənlərin siyahı sayı 1 370,7 min nəfər, orta siyahı sayı isə 1 339,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 839,9 min nəfər, qeyri-dövlət bölməsində isə 499,1 min nəfər təşkil edib: «Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,5%-i məhsul istehsalı sahələrində, onlardan 2,6%-i mədənçıxarma sənayesində, 5,8%-i emal sənayesində, 2,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 5,1%-i tikintidə, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,8%-i təhsil, 20%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 4,1%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i maliyyə və sığorta fəaliyyəti, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,9%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib».

Bu ilin aprelin 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 39,7 min nəfər olub ki, onların 43,3%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 4 nəfər düşüb, işsizliyə görə müavinətin orta məbləği isə 187,7 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR