Bank Of Baku

Azərbaycanlı gənclər üçün Türkiyə universitetlərinə qəbul imtahanı aprelin 24-də keçiriləcək

Azərbaycanlı gənclər üçün Türkiyə universitetlərinə qəbul imtahanı aprelin 24-də keçiriləcək
# 19 aprel 2011 10:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. 2011-2012-ci tədris ili üçün Türkiyə ali məktəblərinə azərbaycanlı gənclərin daxil olması üçün qəbul imtahanı aprelin 24-də keçiriləcək. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu il yalnız Azərbaycanın deyil, digər türkdilli dövlətlərin də gəncləri Türkiyə ali məktəblərinə elə həmin ölkənin müvafiq qurumunun vasitəsilə qəbul olunacaqlar: “Biz 5 il əvvəl sənəd qəbulunun İnternetlə aparılmasına başladıq. Türkiyə isə bu prosesə bu il keçib. Buna görə də artıq gənclər elektron qaydada sənədlərini verə bilərlər. Bu, TQDK-nın qəbul prosesindən uzaqlaşdırılması demək deyil”.

M. Abbaszadə onu da deyib ki, aprelin 13-də artıq Türkiyə tərəfi öz ölkəsinin universitetlərinə qəbul aparılacaq ixtisasların siyahısını Azərbaycana təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR