Bank Of Baku

Dövlət Mədəniyyət və İncəsənət Universitetində dekanlıq və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilib

Dövlət Mədəniyyət və İncəsənət Universitetində dekanlıq və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilib
# 19 aprel 2011 11:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektorluğu dekanlıq və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib. Bu barədə APA-ya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən məlumat verilib. Məlumatda bildirilib ki, bu il üçün bir neçə fakültə dekanının və kafedra müdirinin vəzifə müddəti bitib. Bir müddət öncə isə Mədəniyyət və İncəsənət Universitetində keçirilən elmi şurada səlahiyyət müddəti başa çatan dekan və kafedra müdirləri tutduqları vəzifədən azad ediliblər. Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Aktyor sənəti”, “Sənətşünaslıq”, “Musiqi sənəti”, “Rəssamlıq sənəti” fakültələri üçün dekan, “Musiqişünaslıq” kafedrası üçün kafedra müdiri, “Televiziya rejissorluğu” kafedrası üçün dosent vəzifəsinə müsabiqə elan edib. Ərizələrin qəbulu bir ay müddətində qəbul olunacaq. Yeni təyinatlar haqqında da ətraflı məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR