Bank Of Baku

Bərdədə qazıntı işləri aparılan zaman üstündə qədim naxışlar olan daş parçaları tapılıb

Bərdədə qazıntı işləri aparılan zaman üstündə qədim naxışlar olan daş parçaları tapılıb
# 19 aprel 2011 12:56 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Bərdə şəhərində yerli sakinlər qazıntı işləri apararkən tarixi abidə qalıqlarına oxşayan iri daşlar aşkarlayıblar. APA-nın Qarabağ bürosu xəbər verir ki, şəhərin Nizami küçəsində yerləşən beşmərtəbəli binanın qarşısında kanalizasiya xəttinin yaxşılaşdırılması məqsədi ilə qazıntı aparan zamanı üzərində yazıya oxşayan bəzək və naxışlar olan iri daş parçaları tapılıb. Tarixçi Rasim Zeynalov APA-ya bildirib ki, tapılan daş parçalarının üstündəki naxış və bəzəklər deməyə əsas verir ki, onlar İslamdan əvvəlki dövrlərə aiddir. Tarixçinin irəli sürdüyü başqa bir ehtimala görə, bu daşlar vaxtilə Tərtər çayının ərazidən keçmiş qolu üzərindəki “Qarı körpü” adlanan tarixi abidənin qalıqları da ola bilər. Yerli sakinlər qazıntı işlərini dayandırıb, onlar əraziyə arxeoloqların gəlişini gözləyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR