Bank Of Baku

Özbəkistan Milli Elmlər Akademiyası Botanika İnstitutu ilə AMEA Mərdəkan Dendrarisi arasında memorandum imzalanıb

Özbəkistan Milli Elmlər Akademiyası Botanika İnstitutu ilə AMEA Mərdəkan Dendrarisi arasında memorandum imzalanıb
# 19 aprel 2011 13:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Özbəkistan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Elmi-İstehsalat Mərkəzi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərdəkan Dendrarisi arasında memorandum imzalanıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkələrarası elmi əməkdaşlıq haqqında bağlanmış memorandumun müddəaları Özbəkistan və Azərbaycan arasında 2004-cü ildə Daşkənd şəhərində imzalanmış razılaşmaya əsasən qəbul edilib. Memorandum çərçivəsində flora biomüxtəlifliyinin və genofondun öyrənilməsi, iki respublikanın floristləri və sistematikləri arasında təcrübə mübadiləsi, ekosistemlərin geobotaniki və ekoloji üsullarla tədqiqi, birgə konfrans və seminarların keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR