Bank Of Baku

“İşəgötürən birlikləri haqqında” qanun qəbul ediləcək

“İşəgötürən birlikləri haqqında” qanun qəbul ediləcək
# 19 aprel 2011 13:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda “İşəgötürən birlikləri haqqında” qanunun qəbulu gözlənilir. Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. O bildirib ki, hazırda Azərbaycanda işçilərin hüquqlarının qorunmasını özündə ehtiva edən qanun mövcuddur, lakin işəgötürən birlikləri ilə bağlı hələ də qanun qəbul edilməyib: “Sözügedən qanun bu boşluğu dolduracaq. Bu, eyni zamanda sahibkarlığın inkişaf etdirilməsi sahəsində atılan addımlardan biridir”.

Komitə sədri deyib ki, qanun layihəsində işəgötürən birliklərinin hüquq və vəzifələri, onların müdafiəsi və s. əksini tapacaq. Hazırda qanun layihəsinin üzərində işlərin getdiyini söyləyən H. Rəcəbli layihənin parlamentin müzakirəsinə böyük ehtimalla 2012-ci ildə təqdim olunacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR