Bank Of Baku

“Zəngi” liseyində xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib

“Zəngi” liseyində  xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib
# 19 aprel 2011 13:38 (UTC +04:00)
Bakı-APA. Bakının Nizami rayonunda yerləşən «Zəngi» liseyində xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib. APA-nın xəbərinə görə, görüşdə liseyin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan liseyin direktoru Bayram Heydərov görüşü məktəbin müəllim və şagird kollektivinin həyatında mühüm hadisələrdən biri kimi dəyərləndirib. Z. Yaqubun Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi, aşıq yaradıcılığının inkişafı üçün göstərdiyi xidmətlərini yüksək qiymətləndirən B.Heydərov şairin həyat və yaradıcılığından bəhs edib.
Sonra şagirdlər şairi salamlayıb, bu görüşün onların xatirəsində əbədi qalacağını vurğulayıblar. Tədbir boyu şagirdlərin çıxışlarında şairin həyatının məqamları, yaradıcılığının əsas cəhətləri, çox sevdiyi aşıq sənəti, saz haqqında söz açılıb. Z. Yaqubun şeirləri, onlara yazılmış mahnılar ifa olunub.
Liseyin Müəllim - Valideyn Assosiasiyasının prezidenti, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək xalq şairi Zəlimxan Yaqub haqqında ürək sözlərini deyib, yaradıcılığını yüksək dəyərləndirib, ona yaradıcılıq uğurları arzulayıb.
Z. Yaqub onu görüşə çağırdıqları üçün liseyin rəhbərliyinə, müəllim və şagird kollektivinə minnətdarlığını bildirib, tədbirdən böyük zövq aldığını söyləyib. Şagirdləri biliklərə yaxşı yiyələnməyə səsləyən xalq şairi öz yaradıcılıq yolundan söz açıb, şeirlərini n oxuyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR