Bank Of Baku

Bill Geyts qeyri-leqal əməkdən istifadə etdiyinə görə Braziliyadan qovulub

Bill Geyts qeyri-leqal əməkdən istifadə etdiyinə görə Braziliyadan qovulub
# 20 aprel 2011 08:43 (UTC +04:00)
Bakı - APA-Economics. “Microsoft” şirkətinin banisi Bill Geyts məzuniyyətini keçirdiyi Braziliyadan qovulub. “APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bu barədə Braziliya polisindən açıqlama verilib.

Bill Geytslə birlikdə onun bir neçə dostu da ölkədən deportasiya olunub. onların hamısı Amazon çayının ən böyük qolu olan Riu-Neqru çayında qayıq gəzintisi zamanı saxlanılıb. Yoxlama zamanı qayığın ekipajının iş icazəsinin olmadığı aşkarlanıb.

Braziliyaya turist vizası ilə gələn Bill Geytsin və dostlarının sənədləri qaydasında olsa da, qeyri-leqal işçi əməyindən istifadə etdiyinə görə onlar cərimələnib və üç gün müddətində ölkəni tərk etməyə məcbur edilib.

Qeyd edək ki, 56 mlrd. dollar sərvəti olan Bill Geyts dünyanın ikinci, ABŞ-ın ən varlı adamıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR